Azərbaycanla oyuna yeni müdafiəçi dəvət olunub

20 May 2022 00:50 Milli komanda 417
Azərbaycanla oyuna yeni müdafiəçi dəvət olunub

UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycanı qəbul edəcək Qazaxıstan yığmasına yeni futbolçu çağırılıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Məhəmməd Adiyev "Aktobe"nin müdafiəçisi Alibek Kasıma dəvət göndərib.

45 yaşlı rusiyalı mütəxəssis 24 yaşlı oyunçunu 2 gün öncə açıqladığı ilkin heyətdən kənarda qoysa da, sonradan onun xidmətinə ehtiyac duyub.

Kasım bu mövsüm ölkə çempionatında 10 oyun keçirib və dəfə sarı vərəqə ilə cəzalandırılıb.

İunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?