İtalyan Azərbaycan yığmasının problemini bu cür açıqladı

19 May 2022 23:00 Milli komanda 1 111
İtalyan Azərbaycan yığmasının problemini bu cür açıqladı

"Ortada müəyyən fərqlər var".

Sportinfo.az xəbər verir ki, bu açıqlama millimizin baş məşqçisi Canni De Byaziyə məxsusdur.

Azərbaycandakı işini dəyərləndirən 66 yaşlı italiyalı mütəxəssis 2016-cı ildə Avropa çempionatının final mərhələsinə çıxardığı Albaniya yığmasında qazandığı uğuru təkrarlamaq istədiyini söyləyib:

"O vaxt Albaniya millisinin, demək olar ki, əksər üzvləri Avropada çıxış edirdi. Hazırda onlar daha böyük coğrafiyaya yayılıblar.

İngiltərə, İspaniya və İtaliyada legioner həyatı yaşayırlar. Azərbaycan millisində isə cəmi 5 legioner oyunçum var.

Onların 3-ü Türkiyə, Portuqaliya və Almaniyada, 2-si isə Polşada çıxış edir".

Digər Xəbərlər
Xəbər Lenti