24 yaşlı hücumçunun zədəsi ciddidir, millimizlə oynamayacaq

17 May 2022 18:20 Milli komanda 576
24 yaşlı hücumçunun zədəsi ciddidir, millimizlə oynamayacaq

Azərbaycanın Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığmasının futbolçusu Oralxan Omirtayev zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə oyunçunun klubu "Akjayık"ın mətbuat xidməti məlumat yayıb.

Yerli çempionatın 11-ci turunda "Taraz"la görüşdə (0:2) sıradan çıxan 24 yaşlı hücumçunun zədəsinin ciddi olduğu bildirilib. Onun Millətlər Liqasının iyun ayında keçiriləcək oyunlarını buraxacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan millisinin futbolçularından Azat Nurqaliyev və Nurlan Dairov da zədələnmişdi.

Xatırladaq ki, iyunda Qazaxıstan yığması Millətlər Liqasında dörd oyun keçirəcək. İlk matç isə iyunun 3-də Azərbaycana qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti