"Komandamız yaxşıdır, mən uşaqlara inanıram" - Uduzan baş məşqçi

17 May 2022 01:10 Milli komanda 862
"Komandamız yaxşıdır, mən uşaqlara inanıram" - Uduzan baş məşqçi

Azərbaycanın U-17 yığmasının baş məşqçisi Elxan Abdullayev AFFA-nın rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Abdullayev yığmanın bu gün Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyundakı 0:1 hesablı məğlubiyyətini şərh edib:

"Çox maraqlı oyun keçdi. İlk qarşılaşmada komandamızda görmədiyimiz müsbət cəhətləri, bu oyunda müşahidə etdik.

Baxmayaraq ki, qalib gələ bilmədik, amma millimiz 90 dəqiqə rəqibi təzyiq altında saxladı. Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik.

Ümumilikdə oyundan razı qaldım. Beynəlxalq təcrübə baxımından gənc futbolçular üçün belə turnirlərdə iştrak etmək çox faydalıdır.

Məqsədimizə çatmaq üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq və bu istiqamətdə inkişafımızı davam etdirməliyik. Komandamız yaxşıdır və mən uşaqlara inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı