"İstədiyimiz alınmadı, buna səbəb bizə güclü təzyiq göstərməsi idi"

14 May 2022 14:20 Milli komanda 566
"İstədiyimiz alınmadı, buna səbəb bizə güclü təzyiq göstərməsi idi"

UEFA İnkişaf turniri çərçivəsində bu gün Gürcüstanda keçirilmiş Azərbaycan – Zambiya oyunundan sonra U-17 milli komandasının baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, 1:3 hesabıyla bitən matçı belə şərh edib:

"Yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, istədiyimiz oyun alınmadı. Buna səbəb isə rəqibin bizə qarşı güclü təzyiq göstərməsi idi.

İlk dəfədir ki millimiz Afrika komandasına qarşı oynayırdı. Bu, bizim gənc futbolçular üçün bir təcrübədir.

Turnir hələ bitməyib, qarşıda Gürcüstan millisi ilə oyunumuz var. Əsas işimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır.

Bu cür beynəlxalq oyunlar keçirməklə böyük təcrübə qazanırıq. Zambiya fiziki cəhətdən güclü bir kollektivdir və onlar bu görüşdə qələbəyə daha layiq idi".

Digər Xəbərlər
Xəbər Lenti