"Lans"ın sabiq futbolçusu Azərbaycan yığmasını seçəcəkmi?

11 May 2022 13:20 Milli komanda 4 422
"Lans"ın sabiq futbolçusu Azərbaycan yığmasını seçəcəkmi?

“Azərbaycan millisi ilə bağlı fikirləşməmişəm. Amma bir ölkədə 5 il çıxış etmək də az vaxt deyil”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir deyib.

2018-ci ildən Ağdam klubunun formasını geyinən fransalı hücumameylli oyunçu gələn il Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilər.

“Qrenobl”un yetirməsi olan Abdullah Zubir “Qarabağ”a 2018-ci ildə “Lans”dan keçib. Milliləşmə ilə bağlı hələ düşünməyən 30 yaşlı futbolçu bunun baş vermə ehtimalını da istisna etməyib:

“Doğrudur, gələn il Azərbaycanda yaşamağımın 5 ili olacaq. Bilirsiniz ki, mən əslən mərakeşliyəm.

Əsas arzularımdan, hədəflərimdən biri də Mərakeş millisində oynamaqdır. Açığı, Azərbaycan yığması haqda fikirləşməmişəm.

Amma bir ölkədə 5 il çıxış etmək də az vaxt deyil. Gələcəkdə nə olacağını bilmək olmaz. Yaşayarıq, görərik. İndidən nəsə deyə bilmərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu