"Azərbaycanla ilk qarşılaşmanın evdə olması əla olsa da, amma buna çox fikir vermirəm"

7 May 2022 19:20 Milli komanda 530
"Azərbaycanla ilk qarşılaşmanın evdə olması əla olsa da, amma buna çox fikir vermirəm"

"İlk qarşılaşmanın evdə olması əladır, amma buna çox da fikir vermirəm".

Sportinfo.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstanın yeni baş məşqçisi Məhəmməd Adiyev "Match TV"yə müsahibəsində deyib.

45 yaşlı rusiyalı mütəxəssis turnirdəki hədəflərindən danışıb:

"Səs-küylü bəyanatların tərəfdarı deyiləm. Amma hər matçda qələbə üçün oynayacağıq. Rəqiblərimiz zəif deyil.

Ona görə də əlimizdən gələni etməliyik. Rəqabətədavamlı komanda formalaşdırmalıyam. Hazırda əsas hədəfimiz budur. Biz qalib gəlmək istəyirik".

Qazaxıstan UEFA Millətlər Liqasındakı ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək. İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?