Azərbaycan Zambiya və Gürcüstanla qarşılaşacaq

6 May 2022 01:50 Milli komanda 472
Azərbaycan Zambiya və Gürcüstanla qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, mayın 10-dan 16-dək keçiriləcək turnirdə millimiz Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-17 turnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

13 may

17:00. Azərbaycan – Zambiya

16 may

17:00. Azərbaycan – Gürcüstan

Yığmamızın heyəti: Osman Hüseynov ("Riqa" Latviya), Sadiq Məmmədzadə ("Səbail"), Musa Məmmədov, İlkin Cəfərli,Davud Mənsumov (hamısı "Qarabağ"), Ayxan Qaracayev, Sadiq Məmmədli, Məhəmməd Allahverdiyev, Əşrəf Ələkbərli (hamısı İUGOEM), Hüseyn Hüseynov, Dinamir Bağırov (hər ikisi "Turan Tovuz"), Kənan Feyziyev, Nihad Əhmədzadə (hər ikisi "Sumqayıt"), Əhməd Tarverdiyev, Teymur Mirzəyev (hər ikisi "Sabah"), Allahverdi Rəhimov, İlkin Budaqov (hər ikisi "Qəbələ"), Taleh Mahmudzadə, Murad Məmmədov, Enar Ağalarov (hamısı "Neftçi")

Digər Xəbərlər
Xəbər Lenti