AFFA-nın De Byazi həsrəti başa çatdı

26 Aprel 2022 15:00 Milli komanda 2 270
AFFA-nın De Byazi həsrəti başa çatdı

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Premyer Liqanın son 4 turunun bir matçını belə izləməyib.

Buna səbəb onun İtaliyada olması idi.

Belə ki, komandanın martın 25-29-u aralığında Maltada baş tutan toplanışını başa vurandan sonra əcnəbi mütəxəssis ölkəsinə yola düşmüşdü.

Onun Azərbaycana nə vaxt qayıdacağı ilə bağı maraqlandıqda isə məlum oldu ki, 65 yaşlı mütəxəssis artıq Bakıya qayıdıb.

Bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza məlumat verib.

Federasiya rəsmisi De Byazinin bazar günü axşam saatlarında ölkəmizə çatdığını bildirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti