"Düzünü desəm, milli komandaları heç izləmirəm"

22 Aprel 2022 02:20 Milli komanda 558
"Düzünü desəm, milli komandaları heç izləmirəm"

"Ordabası"nın belaruslu hücumçusu Vsevolod Sadovski Millətlər Liqasında Slovakiya, Azərbaycan və Qazaxıstanla eyni qrupda mübarizə aparacaq Belarus millisinin şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, belaruslu hücumçu millisinin şanslarını belə dəyərləndirib:

“Düzünü desəm, milli komandaları heç izləmirəm. Ona görə də Slovakiya və Azərbaycan haqda fikir bildirməyim çətin olacaq.

Hər hansı proqnoz verə bilmərəm. Belarus və Qazaxıstana gəlincə, bu iki komandanı tanıdığıma görə deyə bilərəm ki, görüşlər çox maraqlı və prinsipial keçəcək. Ciddi mübarizə gedəcək".

Digər Xəbərlər
Xəbər Lenti