Elxan Məmmədovu əvəzləyən şəxs: "Hər kəs millinin nəticəsinə baxanda kədərlənir"

22 Aprel 2022 01:10 Milli komanda 571
Elxan Məmmədovu əvəzləyən şəxs: "Hər kəs millinin nəticəsinə baxanda kədərlənir"

"Futbola canı yanan hər kəs millinin nəticəsinə baxanda kədərlənir. Biz özümüz də xoş hisslər keçirmirik".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Funksioner deyib ki, Malta və Latviya yığmalarına qarşı keçirilmiş matçlardakı məğlubiyyət yolverilməzdir:

"Belə olmamalıdır. Düzdür, yoldaşlıq matçları idi. Baş məşqçi rotasiyalar etmək istəyirdi.

Canni De Byazi optimal heyəti müəyyənləşdirmək üçün yığmaya legionerlər dəvət etmişdi.

Amma bu cür nəticələr qəbulolunmazdır. İnanırıq ki, De Byazi artıq beynində optimal heyəti qurub. UEFA Millətlər Liqasında başqa nəticələrə ümid edirik".

Digər Xəbərlər
Xəbər Lenti