"Azərbaycan yığmasını izləməmişəm, necə komanda olduğunu söyləmək çətindir"

19 Aprel 2022 13:40 Milli komanda 1 480
"Azərbaycan yığmasını izləməmişəm, necə komanda olduğunu söyləmək çətindir"

"Yığmaların oyunlarını izləmədiyim üçün Slovakiya və Azərbaycanın necə komanda olduğunu söyləmək mənim üçün çətindir".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstanın "Ordabası" klubunun belaruslu futbolçusu Vsevolod Sadovski "Metara-ratings.kz" saytına açıqlamasında UEFA Millətlər Liqasında ölkəsinin də yer aldığı C Liqasının 3-cü qrupundakı komandaları dəyərləndirərkən deyib.

26 yaşlı hücumçu oyunlarla bağlı proqnoz verməyəcəyini bildirib:

"Belarus və Qazaxıstana gəlincə, iki yığma arasındakı görüşlər çox maraqlı və prinsipial olacaq. Hər iki kollektivi çətin mübarizə gözləyir".

3-cü qrupda Azərbaycan, Qazaxıstan, Belarus və Slovakiya seçməsi mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti