Bir il əvvəl satmışdı, indi alır – “Real”

18 Aprel 2022 18:20 Milli komanda 3 721
Bir il əvvəl satmışdı, indi alır – “Real”

“Real” “Rayo Valyekano”nun müdafiəçisi Fran Qarsiyanı transfer etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı Qarsiya “kral klubu”nun yetirməsidir.

“Real” 2021-ci ilin yayında onu 2 milyon avroya “Rayo Valyekano”ya satıb. O, bu komandada 33 oyunda meydana çıxıb, 1 qol vurub, 1 qol ötürməsi edib.

Müdafiəçinin müqaviləsi 2025-ci ilin yayında başa çatır.

“Transfermarkt” portalı oyunçunun bazar dəyərini 5 milyon avro qiymətləndirir. Qarsiya İspaniyanın U-21 yığmasında bir oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti