Tanınmış siyasətçidən “balta” kimi sözlər: “Onu gətirmək belə vacib idi?”

17 Aprel 2022 19:00 Milli komanda 922
Tanınmış siyasətçidən “balta” kimi sözlər: “Onu gətirmək belə vacib idi?”

“Tək millilərdə yox, elə klublarda da yerli məşqçilərin çalışmasının tərəfdarıyam.

Özümüzdə nə qədər istəsən bacarıqlı məşqçi var”.

Tanınmış millər vəkili Aqil Abbas Sportinfo.az-a açıqlamasında yerli məşqçilərin işsiz qalmasından gileylənib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Premyer Liqadakı durumla bağlı danışanda Aleksey Baqa nümunəsini göstərib.

Bununla da azərbaycanlı mütəxəssislərin kənarda qalmasına təəssüfləndiyini bildirib:

“Mən futbolla yatıb-duran adamam. Azərbaycan Premyer Liqasında imkan daxilində bütün oyunları diqqətlə izləyirəm. Ümumi vəziyyətdən, turnir cədvəlindəki durumdan xəbərdaram.

“Sumqayıt” son illər yüksəlişdəydi. Səhv etmirəmsə, 2 il ölkə kubokunun finalında oynadılar, ötən il bürünc medal qazandılar, klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandılar, milliyə nə qədər oyunçu verirdilər.

Ayxan Abbasovun dönəmində sumqayıtlılar rəqibləri özləri ilə ayaqlaşmağa məcbur edirdi.

İndi Aleksey Baqanı gətiriblər. Komanda sıfır həddinə enib, demək olar bütün oyunları uduzur. Belaruslu məşqçini gətirmək belə vacib idi?

6 ay, uzağı 1 il işləyib gedəcək. Baqa Azərbaycan miqyasında heç nə edə bilmir, o ki qalmışdı Avropada üzümüzü güldürə. Azərbaycanlı məşqçilərə saymazyana münasibət göstərilir”.

Aqil bəyin dediklərinin qarşılığında ona “Sabah”ı çalışdıran Murad Musayev nümunəsini göstərəndə cavabı belə oldu:

“Sabah”ın pulu və yaxşı heyəti var deyə, son oyunlarda nəsə etməyə çalışır. Avrokuboklara vəsiqə qazanıb-qazanmayacağını hələ bilmirik.

“Sabah” Avropa komandaları ilə oynasın, onu da görəcəyik. Hər şeyin öz vaxtı var”.

Əslən Ağdamdan olan və “Qarabağ”ın azarkeşi kimi tanınan Aqil Abbas qatı futbol azarkeşi kimi tanınır. O, 2005-ci ildən Milli Məclisin deputatıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti