"Azərbaycanda işləmək rahat və asandır, düz addım atdım"

16 Aprel 2022 12:40 Milli komanda 606
"Azərbaycanda işləmək rahat və asandır, düz addım atdım"

21 yaşadək futbolçulardan ibarət Azzərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Ukrayna mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis ölkəmizdəki işindən danışıb.

O, Azərbaycanda işləməyin rahat olduğunu deyib:

"Artıq 4 ilə yaxındır ki, Azərbaycanda çalışıram. 2019-cu ilin qışından 21 yaşadək futbolçulardan ibarət milli komandaya rəhbərlik edirəm.

Mənə o vaxt yerli futbolun inkişafı üçün proqram təqdim etdilər və mən də qəbul etdim. Azərbaycana gəlməklə düzgün addım atdım.

3 il ərzində 12 futbolçumuz əsas milliyə yüksəlib. Burada hər şeydən razıyam. Azərbaycanda işləmək rahat və asandır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!