Millinin sabiq üzvü De Byazinin səhvlərini bir-bir açıqladı

13 Aprel 2022 15:00 Milli komanda 767
Millinin sabiq üzvü De Byazinin səhvlərini bir-bir açıqladı

«Bu oyunla bizi Millətlər Liqasında yeni-yeni məğlubiyyətlər gözləyir».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında yığmanın sabiq yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Azərbaycan komadası iyunda Millətlər Liqasında mübarizəyə başlayacaq. C Liqasının 3-cü qrupunda yer alan millimiz Slovakiya, Belarus və Qazaxıstanla qüvvəsini sınayacaq.

Uzun illər bu formanı geyinmiş 34 yaşlı vinger qrupdan çıxmaq şanısımızın olduğunu bildirməklə yanaşı, Canni De Byazinin heyət və taktika ilə bağlı seçimlərindən narahatlığını gizlətməyib:

«O, yaşlı və heç bir perspektiv vəd etməyən legionerləri geri qaytarmaqla səhvə yol verir. Milliləşdirilən oyunçuların əksəriyyəti bu komandaya lazım deyil.

Onlardansa, gənclərə üstünlük verməlidir.

Baş məşqçi «beşli» müdafiə oynadır. Vaxtilə Kaxaber Sxadadze də «İnter»i bu cür oynadırdı. Ancaq onda «İnter» bu taktika ilə çoxlu qollar vurur, qələbələr qazanırdı.

Ona görə ki, Sxadadze cinah müdafiəçilərindən irəli çıxmalarını, rəqibin cərimə meydançasına daxil olmasını tələb edirdi. Əslində, bu, yaxşı taktikadır.

Gərək ondan düzgün istifadə eləyəsən. De Byazi nə edir? Müdafiəçilərdən irəli çıxmağı, önə oynamağı istəmir.

Oyunlardan da aşkar görsənir ki, italiyalı arxa xətt oyunçularına elə arxa zonada qalmağı tapşırır.

Nə Maksim Medvedev, nə Azər Salahlı, nə Qara Qarayev, nə də o birilər önə pas istəyir. Hamısı qalır yerində, hücumda isə say azlığı yaranır.

İki-üç nəfərlə irəlidə heç nə etmək olmur. Nə vaxt baxırsan, komandanın 8-9 nəfərlə müdafiə olunduğunu görürsən.

Milli hələ belə oynayır, Malta və Litvaya uduzur. Millətlər Liqasındakı rəqiblərimiz isə onlardan daha güclüdür.

Komanda onlarla bacarmır, qrupda neyləyəcək? De Byazi qrupdan çıxmaq istəyirsə, taktikanı dəyişməlidir, futbolçuları düzgün oynatmalıdır».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı