“Elxan Məmmədovun Şamaxıdakı açıqlamasından sonra bu mövzü bağlanıb”

12 Aprel 2022 20:00 Milli komanda 1 568
“Elxan Məmmədovun Şamaxıdakı açıqlamasından sonra bu mövzü bağlanıb”

"Düşünürəm ki, Elxan Məmmədovun Şamaxıdakı açıqlamasından sonra bu mövzü artiq bağlanıb".

Bunu Sportinfo.az-a açıqlamasında Canni De Byazinin öz yetirmələri haqqında İtaliya mətbuatına verdiyi açıqlamasına münasibət bildirən Saşa Yunisoğlu deyib.

Millimizin sabiq müdafiəçisi istənilən halda yığmanın çalışdırıcısının işinin belə açıqlamalar vermək yox, yaranmış vəziyyətdən çıxış yolu axtarmaq olduğunu sözlərinə əlavə edib:

"Amma yenə də mənim üçün De Byazi elə açıqlamalar verməməlidir. Onsuz da, hər şey göz qabağındadır. Hamı hər şeyi görür.

De Byazi çıxış yolu tapmalıdır. Elə bunun üçün o milli komandadadır. Bacara bilmirsə, getməlidir. Uşaqları belə tənqid eləməyi nəinki De Byazi, heç bir məşqçiya yaraşdırmıram".

Veteran futbolçu Azərbaycan millisinin heyətində 28 oyun keçirib.

O, karyerası ərzində "Neftçi", "Bakılı", "MTK-Araz", "Bakı", "Qəbələ", AZAL, "Sumqayıt", "Rəvan", "Araz Naxçıvan", "Səbail", eləcə də Polşanın "Diskoboliya", "Poloniya" və Türkiyənin "Dənizlispor" klublarında çıxış edib.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti