AFFA yığmanın baş məşqçisini xəbərdar etdi – Müqaviləni uzatmayacağıq

12 Aprel 2022 16:00 Milli komanda 1 215
AFFA yığmanın baş məşqçisini xəbərdar etdi – Müqaviləni uzatmayacağıq

AFFA 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Milan Obradoviçin gələcək müqəddəratını müəyyənləşdirib.

Serbiyalı çalışdırıcı ilə görüş keçirən federasiya rəhbərliyi onunla müqaviləni növbəti dəfə yeniləməyəcəyini elan edib.

Üç ildən artıqdır ölkəmizdə olan balkanlının sözləşməsi bu yay başa çatacaq. AFFA Obradoviçə alacağı istənilən təkliflə əlaqədar danışıqlar aparmağa icazə verib.

U-21 onun rəhbərliyi altında AVRO-2023-ün seçmə mərhələsini uğursuz keçirir. Yığma 7 tura 4 xapl toplayıb və 5-ci pillədə yer almaqla final mərhələsinə vəsiqə qazanmaq şansını itirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti