"Bundan sonra milli komandanın üzvlərinə qarşı fikrim dəyişə bilər" - SƏRT REAKSİYA

10 Aprel 2022 23:40 Milli komanda 775
"Bundan sonra milli komandanın üzvlərinə qarşı fikrim dəyişə bilər" - SƏRT REAKSİYA

"Qəbələ"nin kapitanı Asif Məmmədov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli futbolçu Azərbaycan millisinin çalışdırıcısı Canni De Byazinin İtaliya mətbuatına futbolçular haqqında verdiyi aşağılayıcı açıqlamasını şərh edib:

"Belə açıqlama gözləmirdim. Eşidəndə şoka düşdüm. Sənin komandan nə qədər uğurlu çıxış etməyi bacarmasa, tapşırıqları düzgün yerinə yetirməsə belə mətbuat qarşısında açıq-aşkar futbolçularını belə aşağılamalı deyilsən. Bir haldakı komandadan razı deyilsən, o zaman niyə qalmısan? Burda maraq nədir? Başqa yol qalmır. Deməli, ancaq pula görə burdadır.

İtaliyadan bura gəlibsə, onsuz da pula görə gəlib. Amma komandanı belə aşağılamaq olmaz. Xoşun gəlmirsə, ərizəni yaz get. Bundan sona o, futbolçuların önünə necə çıxacaq? Onlarla necə işləyəcək? Məncə, çətin olar".

Milli komandanın sabiq yarımmüdafiəçisi yığma üzvlərinin baş məşqçinin qalmaqallı sözlərinə heç bir reaksiya verməməsini də kəskin qınayıb:

"Düşünürəm ki, milli komandanın üzvləri danışmalı idi. Çünki orda hamısı özünə hörmət edən futbolçulardı. Hər birinin qüruru var və hər biri ailə sahibidir. Ola bilər kimsə, zəifdir, amma kiməsə xaraktersiz demək biabırçılıqdır.

Amma heç kim danışmadı. Bundan sonra mənim də həmin futbolçulara qarşı fikrim dəyişə bilər. Belə şeylər olmamalıdır. Bu açıqlamanı hansısa azərbaycanlı məşqçi versəydi sonu yaxşı olmazdı.

Düşünürəm ki, elə De Byazinin öz xarakteri olsaydı son məğlubiyyətlərdən sonra istefa verməliydi. Onda daha da hörmətlə getmiş olardı. Millətlər Liqasında uğur qazanmağa azacıq ümidimiz vardı. Amma son açıqlamadan sonra həmin ümid də itdi. Məncə, baş məşqçi dəyişməlidir. Başqa variant yoxdur".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti