"Mən Canni De Byazinin yalnız bir xüsusiyyətini bəyənirəm"

9 Aprel 2022 23:40 Milli komanda 692
"Mən Canni De Byazinin yalnız bir xüsusiyyətini bəyənirəm"

«Mən Canni De Byazinin yalnız bir xüsusiyyətini bəyənirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin keçmiş vingeri Əfran İsmayılov deyib.

İtaliyalı baş məşqçi barədə düşüncələrini bölüşən 34 yaşlı yarımmüdafiəçi bunları söyləyib:

«Onun Rövlan Muradova telefonla mesaj yazmasını eşitdim, xoşuma gəldi. Bu, futbolçuya diqqətdir.

De Byazi Malta toplanışına çağırmadığı Rövlana bu jesti ilə ürək-dirək vermiş oldu. Ancaq təəssüf ki, De Byazinin işi bundan o yana getmir.

Millinin oyunu yoxdur. Miliyə çağırılan futbolçular meydanda nə edəcəklərini bilmirsə, günahkar, əlbəttə ki, baş məşqçidədir.

Deməli, o, taktiki məşqlərdə öz üzərinə düşəni etmir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti