Ehtiyat etmədi, Azərbaycan millisinə lazım olmayan 4 ismin adını çəkdi

9 Aprel 2022 18:00 Milli komanda 1 468
Ehtiyat etmədi, Azərbaycan millisinə lazım olmayan 4 ismin adını çəkdi

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Əfran İsmayılov milliyə heç bir faydası olmayan 4 legionerin adını açıqlayıb.

"Sportinfo TV"yə qonaq olan 34 yaşlı vinger Canni De Byazinin Flip Ozobiç, Riçard Almeyda, Höccət Haqverdi və Dmitri Nazarovu komandaya cəlb etməklə böyük səhvə yol verdiyini bildirib:

«Onların hamısı milliyə faydasızdır. Ozobiçlə Höccətin nəyəsə yaramadığını dünya çempionatının seçmə mərhələsində gördük.

Almeyda ilə Nazarov da Malta toplanışında çox pis təsir bağışladı.

Mənə çatmır ki, baş məşqçi onları niyə çağırıb. De Byazinin seçimlərinə izah tapa bilmirəm».

Digər Xəbərlər
Xəbər Lenti