AFFA-nın futbol ictimaiyyəti üçün YENİ "OYUN"U

9 Aprel 2022 17:40 Milli komanda 943
AFFA-nın futbol ictimaiyyəti üçün YENİ "OYUN"U

Azərbaycan millisinin çalışdırıcısı Canni De Byazinin İtaliya mətbuatına açıqlamasında millimizin üzvlərini "qorxaq, qürursuz və xaraktersiz" adlandırması ictimaiyyətdə geniş rezonans doğurdu.

Həqiqətən də ağıllı adam çalışdırdığı komanda haqqında bu qədər sərsəm fikirlər səsləndirməz.

Haqqlı olaraq futbol ictimaiyyəti hamılıqla italiyan mütəxəssisi tənqid atəşinə tutdu. Bu hücuma AFFA-da oturan, illərdi rəhbərliyin iyrənc oyunlarına alət olmuş bir neçə futbol mütəxəssisimiz da qoşuldu.

İlk baxışdan yaxşı təsir bağışlayan, bəziləri tərəfindən böyük alqış qazanan yanaşmanın arxasında çox iyrənc həqiqətlər dayanır.

De Byazini sərt tənqid edən Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimi adamların məqsədi yenə həmin ağalarına xidmət etməkdir.

Əvvəlki yazılarımızda bildirdiyimiz kimi, son yoxlama görüşlərindəki nəticələr AFFA rəhbərliyini əməlli-başlı təşvişə salıb, başlarını itiriblər, Millətlər Liqasındakı uğursuzluq havasının qoxusunu burunlarında hiss ediblər.

Və indi "ayılıblar" ki, amandı nəsə eləmək lazımdır. O nəsə isə De Byazi ilə yolları ayrımaqdan keçir. Rəsmilər vaxt itkisinə yol vermədən, italiyana yol vermək istəyirlər - üzü İtaliyaya getsin deyə.

Yeni plan isə yeni çalışdırıcı, yeni hədəflər altında qarşıdakı Millətlər Liqasında hazırlaşmaqdır. Hətta həmin şəxsin böyük ölçüdə yerli olacağı dəqiqləşib.

Uğursuzluq fonunda isə "məşqçi yeni gəlib", "hələ zaman verməliyik" tipli bəhanələr dövrüyəyə buraxılacaq. Deyəcəklər - "Yerli-yerli deyirdiniz, bu da sizin yerli mütəxəssis".

Yeni planın həyata keçirilməsində aktivlik göstərən əsas fiqurları isə hər zamankı adamlardı. Heç təəccüblənmədik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?