Yığmamıza “qorxaq və xaraktersiz” deyən De Byazinin ŞOK SƏS YAZISI BURADA!

7 Aprel 2022 17:20 Milli komanda 823
Yığmamıza “qorxaq və xaraktersiz” deyən De Byazinin ŞOK SƏS YAZISI BURADA!

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin İtaliya mətbuatına (“tuttomercatoweb.com”) verdiyi açıqlama bu gün sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Azərbaycan yığmasını “qorxaq və xaraktersiz” adlandırmaqla Malta və Latviyaya olan məğlubiyyətlərdəki bütün günahları futbolçuların üzərinə atdı.

Tənqid hədəfinə çevrilən De Byazi bir neçə saat öncə Azərbaycan mətbuatına açıqlama verərək belə bir söz demədiyini bildirib.

Bütün bunları nəzərə alıb De Byazinin “TMW Radio Sport”a verdiyi müsahibəni araşdırmaq qərarına gəldik.

Bu gün İtaliya mətbuatında gedən xəbərlərdə çalışdırıcının müsahibəsi həm yazılı şəkildə, həm də səs yazısı şəklində var.

Səs yazısındakı həmin hissəni italyan dilindən tərcümə etdik. Nəticədə De Byazinin həqiqətən belə ifadələr işlətdiyi ortaya çıxdı.

Sitat: “Malta və Latviyaya qarşı oyunlarda uduzsaq da, yeni sistemi sınadıq. Komandamızda mərkəz hücumçusu var? Komandada çatışmazlıqlar var.

Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Problemin üzərində işləyirəm.

Komanda ilə bağlı digər problem xarakterdir. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən.

Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm. Yığmalarla bağlı problemlər mövcuddur.

12 gün ərzində Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edəcək futbolçularım belə yoxdur. Bəzi şeylər bizi təəccübləndirir”.

Səs yazısını sizə də təqdim edirik. İtalyan dilini bilənlər yığmanın baş məşqçisinin komandası barədə həmin ifadələri işlətdiyini rahat şəkildə eşidə bilərlər:

Digər Xəbərlər
Xəbər Lenti