"Qurban Qurbanov vaxtında Mahirin şəxsi həyatına nəzarət etməsəydi, indi o..."

6 Aprel 2022 23:40 Milli komanda 651
"Qurban Qurbanov vaxtında Mahirin şəxsi həyatına nəzarət etməsəydi, indi o..."

«Mahir Emreli futbolda nə uğur əldə edərsə, nə qazanarsa, yenə Qurban Qurbanova borclu olacaq».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında «Qarabağ»ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

O, ötən ilin yayında «Qarabağ»dan «Legiya»ya gedən, bu ilin yanvarında isə Polşa klubunu Zaqreb «Dinamo»sunna dəyişən Mahir Emrelinin perspektivi haqda danışıb.

Müsahib millinin 25 yaşlı forvardının təsadüfən üzə çıxmadığını bildirib:

«Qurban müəllimin onun üzərində əziyyəti çoxdur. Mahirə ən çətin vaxtlarında dəstək olub. Ona güvənib, oynadıb, arxasında dayanıb.

Əgər Qurban Qurbanov vaxtında dəstək verməsəydi, şəxsi həyatına nəzarət etməsəydi, Mahir başqa yollara getmişdi.

Onu bütün bunlardan çəkindirən, fikrini futbola yönəldən bu şəxsdir. Mahir gərək bunu heç vaxt unutmasın.

Mən onda gələcək görürəm. İnanıram ki, uzun illər legioner həyatı yaşayacaq».

Digər Xəbərlər
Xəbər Lenti