Bizimkiləri göz qabağına gətirib düşünürlər - Gəlin, gedək Serbiyaya!

6 Aprel 2022 23:00 Milli komanda 458
Bizimkiləri göz qabağına gətirib düşünürlər - Gəlin, gedək Serbiyaya!

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla səfər oyunu Serbiyada keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, Belarus Futbol Federasiyası bununla bağlı araşdırma aparır.

Qurum turnir çərçivəsində ev matçlarını Serbiyada keçirməyi ən doğru variant hesab edir. Ancaq hələlik yekun qərar verilməyib.

UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb.

Millətlər Liqasında C liqasının III qrupunda Azərbaycanla eyni qrupda yer alan Belarus millimizlə ev oyununu iyunun 6-da keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti