”Azərbaycan bu komandadan zəifdir” dedi, Hindistanı bizə misal çəkdi

6 Aprel 2022 16:20 Milli komanda 2 124
”Azərbaycan bu komandadan zəifdir” dedi, Hindistanı bizə misal çəkdi

“Millətlər Liqasında yer aldığımız qrupda Slovakiya daha güclüdür və digərlərindən fərqlənir”.

Sportinfo.az xəbər verir ki, bunu Belarus millisinin məşqçisi Dmitri Rovneyko deyib.

42 yaşlı mütəxəssis Millətlər Liqasında Slovakiya, Qazaxıstan və Azərbaycanla birlikdə yer aldıqları C liqasının III qrupunda şanslarını dəyərləndirib.

O, ötən ay yoldaşlıq görüşündə məğlub etdikləri Hindistan (3:0) və Bəhreyni (1:0) Azərbaycan yığmasından güclü hesab edib:

“Bəhreyn və Hindistan FIFA reytinqində Azərbaycan və Qazaxıstandan yüksəkdir. Əvvəllər Belçika, Çexiya və Uelslə oynamışıq.

İndi isə Slovakiya ilə yanaşı, Azərbaycan və Qazaxıstanla da qarşılaşacağıq. Bu komandalar Slovakiyadan zəifdir”.

Belarus Millətlər Liqasında ilk oyununu iyunun 3-də səfərdə Slovakiyaya qarşı keçirəcək. Həmin gün Azərbaycan yığması Qazaxıstanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti