Azərbaycan yığması onlara yalnız 15 dəqiqə problem yaradıb

5 Aprel 2022 02:10 Milli komanda 820
Azərbaycan yığması onlara yalnız 15 dəqiqə problem yaradıb

Latviya yoldaşlıq oyununda Azərbaycanı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Daynis Kazakeviç matç haqda açıqlama verib.

O, Azərbaycan millisinin yaxşı çıxış edən komanda olduğunu deyib:

"Tipik sınaq oyunu idi. Həm hücumların inkişaf mərhələsində, həm də müdafiədə yerinə yetirmək istədiyimiz vəzifələr var idi.

Oyun ümumiyyətlə orta səviyyədə keçdi. Azərbaycan yığması kifayət qədər yaxşı çıxış edən komandadır.

İlk hissənin ilk 15 dəqiqəsində problemimiz oldu. Daha sonra oyuna nəzarəti bərpa edə bildik".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?