"Mənə ad çəkin, çıxaraq üzə, biabır edək - Onu Azərbaycandan qovmaq lazımdır"

4 Aprel 2022 23:40 Milli komanda 751
"Mənə ad çəkin, çıxaraq üzə, biabır edək - Onu Azərbaycandan qovmaq lazımdır"

«Mən hələ də başa düşə bilmirəm ki, pula görə millidə necə oynamaq olar».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında yığmanın keçmiş yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Son vaxtlar bir çox futbolçuların mükafat qazanmaq xatirinə millidə çıxış etməsinə dair fikirlərə münasibət bildirən 34 yaşlı vinger sərt ifadələrə yer verib:

«Mən neçə ildir futbol oynayıram, belə söz-söhbətləri ilk dəfədir eşidirəm. Axı bu, necə ola bilər?

Millidə olanda bizə az mükafat verməyiblər. AFFA rəhbərliyi oyundan qabaq deyib ki, qələbə qazanın, filan qədər mükafat alacaqsız.

Bu, normal haldır. Ancaq hansısa futbolçu sırf pula görə milliyə gəlirsə, onu Azərbaycandan qovmaq lazımdır.

Mənə ad çəkin, çıxaraq üzə, biabır edək. Belə şeylər pisimə gəlir, qəbul edə bilmirəm».

Digər Xəbərlər
Xəbər Lenti