O, millinin baş məşqçisi olsaydı, nələri dəyişərdi?

3 Aprel 2022 20:20 Milli komanda 906
O, millinin baş məşqçisi olsaydı, nələri dəyişərdi?

«Kənardan bu suala cavab vermək bir az çətinlik yaradır.

Çünki çox danışa bilərik, amma işin içində olmadan hansısa vacib detallardan danışmaq çətindir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın sabiq çalışdırıcısı Ayxan Abbasov deyib.

O, «bu gün milli komandanın başında olsaydız, uğur qazanmaq üçün hansı addımları atardız, nələri dəyişərdiz» sualına bu cür cavab verib:

«Mənə görə ən önəmli olan odur ki, hazırkı milli komandada futbolçu potensialı var. Bu, imkan verir ki, milli komandamız yavaş-yavaş inkişaf etsin.

Sadəcə, burada milli ruh olmalıdır. O formanı geyinəndə, dəyərini hiss etməlidirlər. Daxildə atmosfer yüksək olmalıdır.

Bunu etmək elə də asan deyil. Futbolçu seçimi çox önəmlidir. Çünki oyunçular klubdan fərqli millidə az vaxt olur.

O qədər düzgün seçim edilməlidir ki, həmin futbolçular 2-3 gün ərzində baş məşqçinin onlardan nə istədiyini bilsinlər.

İlk növbədə hansısa sistem üzərində işləmək, ona köklənmək və daim eyni sistemdə oynamaq, futbolçuları uyğunlaşdırmaq vacibdir.

Yalnız bundan sonra milli istədiyimiz futbolu sərgiləyə bilər. Bu amillər, təəssüf ki, indiki komandada görünmür.

İstənilən halda bizə uğur arzulamaq qalır. Hər məşqçinin öz fərqli yanaşması var.

Millinin hazırkı məşqçilər korpusuna və bütün komandaya qarşıdakı oyunlarda uğurlar arzu edirəm».

Digər Xəbərlər
Xəbər Lenti