De Byazi niyə millinin futbolçuları arasında ayrı-seçkilik edir?

2 Aprel 2022 09:40 Milli komanda 729
De Byazi niyə millinin futbolçuları arasında ayrı-seçkilik edir?

«Canni De Byazinin bu futbolçuoar haqda dediyi sözlər mənə qəribə gəldi».

Bu sözləri «Sportinfo TV»yə- açıqlamasında «Qarabağ»ın yetirməsi Əfran İsmayılov deyib.

Millinin baş məşqçisinin Latviya ilə yoxlama görüşündən (0:1) sonra Riçard Almeyda ilə Dmitri Nazarovu tərifləməsindən təəccübləndiyini bildirən futbolçu fikirlərini bu cür əsaslandırıb:

«Onların heç biri Malta və Latviya ilə oyunlarda tam çıxış etmədi. Almeyda birinci oyunda, ümumiyyətlə, meydana çıxmadı, ikincisində isə sonradan forma geyindi.

Nazarov da Malta qarşısında az oynadı, Latviya ilə oyunda isə əvəzləndi. Bu ikili nə etdi, nə iş gördü ki, De Byazi onları tərifləyir?

Bu oyunlarda ən zəif təsir bağışlayanlardan biri Almeyda, biri də Nazarov idi elə. Baş məşqçi iki nəfərin adını çəkməli idi.

Eddi İsrafilovla Renat Dadaşovun. Eddidən əvvəl də xoşum gəlirdi. Robert Prosineçkinin vaxtında millidə bir yerdə oynamışıq.

Əsl yarımmüdafiəçidir, irəli oynamağı bacarır. Ötürmələri də yaxşıdır. Renat da son illər xeyli inkişaf edib.

De Byazi nədənsə onların adını çəkmir, Almeyda ilə Nazarovu tərifləyir».

Digər Xəbərlər
Xəbər Lenti