"De Byazi hələ də nə iş görəcəyini bilmir, yalnız bəhanələr gətirir"

1 Aprel 2022 19:40 Milli komanda 593
"De Byazi hələ də nə iş görəcəyini bilmir, yalnız bəhanələr gətirir"

“Millətlər Liqasında uğur qazanmağımızı istəyirəm, amma eyni zamanda, mən buna inanmadığımı deməliyəm”.

“Sabail”in yarımmüdafiəçisi Əfran İsmayılov “Sportinfo TV”yə açıqlamasında yığmanın Millətlər Liqasındakı şanslarını dəyərləndirib.

Son illərə kimi milliyə dəvət almış vinger Canni de Byazinin qarşıya qoyulan məqsədi yerinə yetirmək iqtidarında olmadığını söyləyib:

”AFFA indiyədək ona çox şans verib. Nundan əvvəlki Millətlər Liqasında və dünya çempionatının seçmə mərhələsində heş nə edə bilmədi.

Halbuki bura gələndə çoxları deyirdi ki, italyan baş məşqçidir, onların öz oyun sistemi olur və bunu bizdə də tətbiq edəcək.

Ondan gözləntilər böyük idi. Ancaq oyunlar göstərdi ki, De Byazi hələ də nə iş görəcəyini bilmir, yalnız bəhanələr gətirir.

Bu dəfə də nəticələr yaxşı olmasa, deməyə heç bir sözü qalmayacaq.

Açığı, mənim üçün fərqi yoxdur, millidə baş məşqçi əcnəbidir, yoxsa yerli. Nə vaxt çağırıblar, canla-başla çıxıb oynamışam.

Əsas məşqçinin komandaya yanaşmasıdır, futbolçulardan nəyi necə istəməsidir, onları oyuna nə cür hazırlamasıdır. De Byazidə bu keyfiyyətlərin heç birini görmürük”.

Digər Xəbərlər
Xəbər Lenti