Millinin kapitanına irad tutdu: "Acizlik eləmə, əgər o sözü deyə bilmirsənsə…"

1 Aprel 2022 14:40 Milli komanda 1 261
Millinin kapitanına irad tutdu: "Acizlik eləmə, əgər o sözü deyə bilmirsənsə…"

“Bu açıqlamanı oxudum, mənə təəccüblü və qeyri-adi gəldi“

Bu sözləri “Sportinfo TV“yə açıqlamasında millinin keçmiş yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

O, yığmanın kapitanı Maksim Medvedevin Latviya ilə yoxlama görüşündən (0:1) əvvəl mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Arxa xətt oyunçusu komandanı sosial şəbəkədə tənqid edən azarkeşlərə sərt reaksiya verib:

“Malta ilə oyunda uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı.

Psixoloji və media tərəfdən üstümüzə hücumlar var. Bəziləri sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər.

Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır”.

Ə.İsmayılov keçmiş komanda yoldaşının iradını doğru saymır:

“Mən də uzun illər millidə çıxış etmişəm və ən çox tənqid olunan futbolçulardan biri olmuşam. Haqqımda elə sözlər yazıblar ki…

Jurnalistlər də, azarkeşlər də. Bunu təbii qarşılamaq lazımdır.

Sən millinin kapitanısan, baş məşqçidən sonra ikinci adamsan. Yığ futbolçuları başına, onlara de ki, oyuna hazırlaşın, sosial şəbəkələrə az daxil olun, heç nəyə fikir verməyin. Kapitan bunu etməlidir, deməlidir.

Əgər sən bu sözü futbolçulara demirsənsə, deyə bilmirsənsə, onda mətbuat konfransına çıxıb elə açıqlama da vermə.

Bu, kapitana yaraşan söz deyil, acizlikdir“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!