"Təvazökar olmağa gərək yoxdur - Bu, təkəbbür deyil"

1 Aprel 2022 02:30 Milli komanda 4 112
"Təvazökar olmağa gərək yoxdur - Bu, təkəbbür deyil"

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Qazaxıstanın baş məşqçisi Andrey Karpoviç açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis balanslı qrupda olduqlarını bildirib:

"Kifayət qədər balanslı qrupdur. Slovakiya, Belarus və Azərbaycan güclü komandalardır. Ancaq təvazökar olmağa gərək yoxdur.

Qarşımıza ciddi vəzifələr qoymalıyıq.Əks halda niyə oynayırıq? Bu, təkəbbür deyil. Sadəcə, hədəflərimizi yüksək seçməliyik".

C Liqasının üçüncü qrupunda Azərbaycan, Belarus, Slovakiya və Qazaxıstan milli komandaları yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?