“Hazırkı millidə mən də çox rahat oynayaram”.
Bu sözləri “Sportinfo TV”yə açıqlamasında “Səbail”in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Son yoxlama görüşlərində Malta və Latviyaya 0:1 hesabıyla uduzan komandanı kəskin tənqid edən yığmanın sabıq üzvü Canni De Byazinin işinin öhdəsindən gəlmədiyini bildirib.
O, bu uğursuzluqlara görə AFFA rəhbərliyinin tənqidə məruz qalmasını da doğru saymayıb.
Federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun adını çəkən İsmayılov “o, futbolçuların başının üstünü kəsdirməyəcək ki, oyna” söyləyib.

