Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Malta səfərinin yekunları ilə bağlı AFFA-ya hesabat təqdim edəcək.
Bu haqda Sportinfo.az-a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib.
Federasiya funksioneri Malta və Latviya ilə yoxlama görüşlərində 0:1 hesabıyla uduzan komandanın italyan çalışdırıcısının ciddi tənbehə məruz qalmasını istisna etməyib:
“Nəticələr qənaətbəxş olmayanda, baş məşqçiyə iradların bildirilməsi təbiidir.
Milli Bakıya dünən gecə dönüb. Yəqin ki, baş məşqçi yaxın günlərdə hesabat təqdim edəcək.
Həmişə belə olur – hansısa oyun, yaxud oyunlardan sonra baş məşqçi hesabat verir.
Açığı, bugünlər ərzində AFFA rəhbəliyindən onunla kimlərin əlaqə saxlayıb-saxlamadığındn xəbərsizəm”.

