"Bəzi futbolçuların yanaşması heç xoşuma gəlmədi" - FOTOLAR

30 Mart 2022 11:00 Milli komanda 1 048
"Bəzi futbolçuların yanaşması heç xoşuma gəlmədi" - FOTOLAR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Bakıda Belarus ilə qarşılaşıb.

"Bakcell Arena"da oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Rəqibin heyətində 22-ci dəqiqədə İlya Vasilyeviç, 37-ci dəqiqədə Oleq Nikiforenko və 88-ci dəqiqədə Dmitri Latikov fərqlənib. Azərbaycan millisinin yeganə qolunu isə 84-cü dəqiqədə Rüfət Abdullazadə vurub.

"Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi" - bunu yığmanın baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis birinci hissədə müdafiəçilərin oyunundan razı qalmadığını bildirib:

"Bununla belə, ilk 45 dəqiqədə bir neçə qol epizodu yaratdıq. Konsentrasiya problemindən 2 qol buraxdıq. İkinci hissədəki oyundan razıyam.

Epizodlar yaradırdıq, topa sahib olurduq. Yoldaşlıq oyunu olduğundan yeni oyunçuları yoxlamaq imkanım oldu. Misal üçün, birinci hissədə oynayan "onbirlik" demək olar ki, birlikdə bir dəfə məşq etmişdi".

45 yaşlı baş məşqçinin sözlərinə görə, millidə oynayan futbolçu istəkli olmalıdır:

"Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm. Hər kəs səhv edə bilər. Amma istək mütləq olmalıdır. Biz özümüzü yox, ölkəmizi təmsil edirik".

Azərbaycanın U-21 yığması martın 25-də Avropa çempionatının seçmə mərhələsində Bakıda Estoniyanı 3:0 hesabı ilə məğlub edib. Bu, millinin seçmə mərhələdəki ilk qələbəsi olub.

Azərbaycan – Belarus - 1:3
Qollar:
Rüfət Abdullazadə, 84 - İlya Vasileviç, 22, Oleq Nikifarenka, 37, Dmitri Latikou, 88
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. “Bakcell Arena”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti