"Qarabağ"ın iki futbolçusu Azərbaycan yığmasından kənarlaşdırıldı

29 Mart 2022 14:10 Milli komanda 2 833
"Qarabağ"ın iki futbolçusu Azərbaycan yığmasından kənarlaşdırıldı

Azərbaycan millisinin 2 futbolçusu Latviya ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bunlar "Qarabağ"dan dəvət almış müdafiəçi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədir.

Hüseynov ayaq əzələsindəki problemlər üzündən "23-lük"dən kənarda qalıb. Əhmədzadə isə baş məşqçi Canni De Byazinin qərarı ilə matçın iştirak ərizəsinə daxil edilməyib.

Əvəzində Azərbaycan millisinin Maltaya 0:1 hesabı ilə uduzduğu ilk yoldaşlıq görüşündən fərqli olaraq, Namik Ələskərov və Ağabala Ramazanov bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Ta Qalib Milli Stadionunda keçiriləcək Azərbaycan - Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti