Azərbaycan yığması bu dəfə...

28 Mart 2022 23:00 Milli komanda 647
Azərbaycan yığması bu dəfə...

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltadakı təlim-məşq toplanışında yerli yaşıdları ilə yenidən qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, yoldaşlıq görüşü Elxan Abdullayevin baş məşqçi olduğu yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17-nin qollarını Əşrəf Ələkbərli 24-cü, Nihad Əhmədzadə isə 45+1-ci dəqiqədə vurub.

Bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə bitib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti