"İstər rəsmi, istərsə də yoldaşlıq oyununda əsas məqsədimiz qələbə qazanmaqdır".
Sportinfo.az xəbər verir ki, bunu Latviyanın baş məşqçisi Daynis Kazakeviç Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.
41 yaşlı latviyalı mütəxəssis hədəfə addım-addım çatmağa çalışdıqlarını bildirib: "Hücumçular yaxşı mövqelərdə olmalıdırlar ki, qol şansları yaransın.
Böyük potensiala malik olduğumuz standart vəziyyətlərdən də istifadə etməliyik. Ancaq Küveytlə ilk görüşdə buna nail olmamışıq, hətta yaxınlaşmamışıq".
Martın 29-da oynanılacaq Azərbaycan - Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib - 1:1.

