Azərbaycan yığmasının formasını geyinmək üçün… Bu qədər səbr etdilər

28 Mart 2022 14:20 Milli komanda 645
Azərbaycan yığmasının formasını geyinmək üçün… Bu qədər səbr etdilər

Malta – Azərbaycan oyununda iki futbolçunun yığmamıza qayıdışı rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, ilk dəqiqələrdən meydana çıxan Səlahət Ağayevlə Eddi İsrafilov uzun fasilədən sonra yığmanın heyətində şans qazanıb.

Hər iki futbolçu sonuncu dəfə 2019-cu ildə milli forma geyinmişdi. Səlahət sentyabrın 6-da Kardiffdə Uelsə qarşı matçda (1:2) iştirak edib.

Qapıçı 931 gündən sonra millinin heyətində meydana qayıdıb.

Həmin il noyabrın 19-da Trnavada Slovakiyaya qarşı (0:2) forma geyinən Eddi 857 gündən sonra ölkəmizin bir nömrəli komandasına dönüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti