"Azərbaycan "diş"imizə görə rəqibdimi? Bəli, belədir"

27 Mart 2022 18:30 Milli komanda 824
"Azərbaycan "diş"imizə görə rəqibdimi? Bəli, belədir"

Belarusun baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasında Azərbaycanla eyni qrupda mübarizə aparmaqlarından və millimizlə görüşdə qələbə şanslarından danışıb.

Sportinfo.az xəbər verir ki, "Belarus 5" telekanalına danışan 62 yaşlı mütəxəssis matçla bağlı bunları deyib:

"Azərbaycan dişimizə görə rəqibdimi? Bəli, belədir. Ancaq sonuncu dəfə bizi həqiqətən üstələyərək qalib gəldilər.

Azərbaycanda “Qarabağ” və “Neftçi” kimi güclü klublar var. Ümumilikdə, möhkəm liqaladı. Bu mənada onlardan çox güclü olduğumuzu deməzdim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti