Maltanın kapitanı kiminlə “mırt tutur”? – “Çox yaxşı rəqibdir”

27 Mart 2022 10:40 Milli komanda 855
Maltanın kapitanı kiminlə “mırt tutur”? – “Çox yaxşı rəqibdir”

“Onlara qarşı son oyunlarımız həmişə çətin keçib. Bu dəfə də belə oldu”.

Bu sözləri yoldaşlıq görüşündə Azərbaycana 1:0 hesabı ilə qalib gələn Malta komandasının lideri Andrey Agius dilə gətirib.

Yığmamızla matçda millidə sonuncu, yəni 103-cü oyununu keçirən 35 yaşlı kapitan məğlub etdikləri rəqibi güclü komanda kimi qələmə verib:

“Azərbaycan çox yaxşı rəqibdir. Amma biz meydanda daha üstün tərəf idik. Futbolçular fərdi olaraq çox yaxşı çıxış etdi, topa nəzarət daim tərəfimizdə oldu.

Dayanmadan işlədik, pressinq etdik və bunun məntiqi nəticəsi qol oldu. Üstəlik, bir neçə qol şansını əldən verdik.

Ümid edirəm ki, milli sabitliyi qoruyaraq Millətlər Liqasında azarkeşləri sevindirəcək”.

Komandasını meydana kapitan qismində çıxaran Agius 42-ci dəqiqədə Zak Muskatla əvəzlənib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti