Siftə gəldi, 5000 də gəlir

26 Mart 2022 21:00 Milli komanda 977
Siftə gəldi, 5000 də gəlir

Dünən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib - 3:0.

AFFA bu münasibətlə U-21-i mukafatlandıracaq. Əsas heyətdə meydana çıxanların hər birini 5000 manat gözləyir.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub. O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib.

Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub.

Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti