Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a açıqlamasında məlumat verib:
"Maksim burun nahiyəsindən zədə alıb.
Sınıq və çat yoxdur.
Növbəti oyunda meydana çıxıb-çıxmayacağı ilə bağlı isə oyunöncəsi qərar veriləcək".
33 yaşlı müdafiəçi yığmanın Malta ilə yoldaşlıq matçında sıradan çıxıb. O, 76-cı dəqiqədə Renat Dadaşovla əvəzlənib.
Görüş Maltanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
XANOĞLAN

