"Çox yaxşı oynadıq və praktik olaraq, bütün görüşü nəzarətdə saxladıq".
Sportinfo.az xəbər verir ki, bunu Maltanın baş məşqçisi David Manca evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
Azərbaycanla oyunda yeganə qolu 55-ci dəqiqədə Yurgen Deqabriele vurub. 48 yaşlı mütəxəssis hesabı artırmaq imkanlarından yararlana bilmədiklərini söyləyib:
"Bəlkə hesabla bağlı nə isə demək olar (gülür). Oyun ərzində fərqi artırmaq üçün fürsətlərimiz oldu.
Növbəti oyunlarda belə imkanlardan yararlanmağa çalışacağıq. Amma komandamın performansından çox məmnunam və bu, bizim üçün ən vacib məsələdir".

