21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avro-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Serbiyalı Milan Obradoviçin rəhbərlik etdiyi komanda A qrupunda Estoniyanı qəbul edib. Matç yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Gənclər millisinin əsas simalarından biri sayılan Ədilxan Qaraəhmədov matçdan sonra darmadağınla bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:
"Bütün komanda olaraq qələbəyə inanırdıq. Meydana 3 xal üçün çıxmışdıq. Estoniya uda biləcəyimiz komanda idi. Yaxşı oyunla yaxşı qələbə qazandıq.
Bu qələbə bizə motivasiya verdi ki, istənilən komandaya qarşı oynaya bilərik. Özümüzdə inam yarandı. İnşallah, qarşıdakı görüşlərdə də qələbələr qazanmağa davam edəcəyik".
XANOĞLAN

