Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesabı ilə başa çatıb.
Fasiləyə məğlub yollanan millimiz 51-ci dəqiqədə Əşrəf Ələkbərli və 60-cı dəqiqədə Dinamin Bağırovla hesabda irəli çıxıb.
Rəqib komanda 62-ci dəqiqədə penaltidən yararlana bilməyib. Millimizin qapıçısı Sadiq Məmmədzadə penaltini dəf edib. Amma meydan sahibləri məğlubiyyətdən qaça bilib – 2:2.

