AFFA-nın pozulan MALTA PLANI

25 Mart 2022 17:00 Milli komanda 1 335
AFFA-nın pozulan MALTA PLANI

Azərbaycan millisi bu gün Malta ilə yoxlama görüşünə çıxacaq. 4 gün sonra isə Latviya ilə eyni statuslu qarşılaşma bizi gözləyir.

Göründüyü kimi hər iki rəqib də dünya futbolunun zəiflərindən hesab olunur. Hətta Azərbaycan millisindən də zəif...

Amma belə rəqiblərin seçilməsi heç də təsadüf deyil. Belə ki, sonuncu dəfə qazanılan qələbəmizdən azalır 1 il keçsin.

Ötən ilin yayı yığma komanda yoxlama görüşü çərçivəsində Malta və Latviyadan geri qalmayan Belarusu son dəqiqə qolu ilə məğlub etmişdi - 2:1.

Növbəti "zəfər" üçün münasib rəqib, münasib şərit yaranıb. Hətta yaradılıb deyə bilərik. Ki, yalnız rəqiblər münasib deyil.

Adından da göründüyü kimi yoxlama xarakterli matçlardı. Təbii ki, belə oyunlarda tərəflər nəticədən çox səhvləri görməyə maraq göstərir, müxtəlif taktiki gedişlər edir və yeni-yeni adların yoxlanması proritet sayılır. Qarşıdakı görüşlər Malta və Latviya üçün də belə olacağı sirr deyil.

Amma eyni şeyi millimiz haqqında demək olmaz. AFFA rəhbərliyi qazanılacaq iki qələbə ilə müsbət imic formalaşdırmaq eşqindədir. Bunun nəticəsi olaraq Premyer Liqada diqqət çəkən nisbətən gənclər yox, bu gün-sabah karyerasını bitirəcək Dimitri Nazarov, Riçard Almeyda, Filip Ozobiç kimi qocalar yenidən milliyə dəvət olunub.

Hər şey bununla da bitmir. Federasiya başbilənləri heç bir əhəmiyyat daşımayan lazımsız qarşılaşmalardakı qələbəyə 30 min manat mükfata vəd edib. Bir sözlə, hər şey lazımsız qələbə ilə "yaxşı" imic formalaşdırmağa hesablanıb. Təbii ki, bu plan futbol ictimaiyyəti üçün keçərli deyil. Hamımız gözəl biliril ki, adıçəkilən rəqiblər üzərində qələbə hələ nəsə demək deyil.

AFFA Malta planında əsas əqsəd futbol ictimaiyyəti yox, yuxarıları aldatmaq həvəsi idi. Amma həmin həvəsi də dünən axşam Traykovskinin qolu qaçırmış oldu.

Belə ki, Şimali Makedoniya millisinin İtaliya kimi nəhəngi məğlub edib dünya çempionatının qapısını döyməsi bütün planları kölgədə qoydu. İndi axşamkı matçı düşünən, qələbə gözləyən yoxdur.

Hər kəs tələb edir ki, niyə 2 milyon əhalisi olan, avrokuboklarda sanballı bir klubu belə olmayan Şimali Makedoniya İtaliya üzərində qələbənin sevincini yaşayır, amma 10 milyon əhalisi və "Qarabağ" kimi komandası olan Azərbaycan cırtdan ölkə Malta ilə oyuna hazırlaşır? Həm də belə təmtəraqla...

Yəqin ki, həmin yuxarılar da gündəmdən, gedişatdan xəbərsiz deyil.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti