Milli komandamız bu gün Malta ilə yoxlama oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Namiq Ələskərov bu görüşü buraxacaq.
Zədədən əziyyət çəkən "Bursaspor"un futbolçusu kollektivdən ayrı, fərdi olaraq hazırlaşır.
Namikin martın 29-da Latviya ilə keçiriləcək yoxlama matçına hazır olacağı gözlənilir.

