"Maltanı Azərbaycan ilə müqayisə etmək olmaz"

25 Mart 2022 01:00 Milli komanda 1 054
"Maltanı Azərbaycan ilə müqayisə etmək olmaz"

"Azərbaycan millisinin çox oyunçusu beynəlxalq səviyyədə çıxış edir və onların Avropa təcrübəsi daha böyükdür".

Sportinfo.az xəbər verir ki, bunu Maltanın baş məşqçisi Devis Manca Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Maltanı Azərbaycan seçməsi ilə müqayisə etmək olmaz:

"Qarşıdakı görüşlər bəzi şeyləri sınamaq, oyunçulara oyun praktikası vermək və onlar haqqında məlumat almaq üçün platforma rolunu oynayacaq".

Manca yarımmüdafiəçi Keyn Attardın zədə səbəbindən matçı buraxacağını açıqlayıb.

"Yerli çempionatda 20-dən çox oyun keçirdikdən sonra futbolçuların fiziki durumlarının daha yaxşı olacağını gözləyirdim.

Amma legionerlər həm fiziki, həm də qidalanma baxımından daha yaxşı olduqlarını göstəriblər".

Martın 25-də keçiriləcək Malta - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti